Sülh sazişi Pakistanda əks təsirini göstərir

Amerikanın müdafiə nazirinin müavini Erik Edelmanın bildirdiyinə görə, Pakistan hökuməti ilə Taleban liderləri arasında ötən il əldə edilən sülh sazişi sərhədlərarası hücumların artmasına səbəb olub. ABŞ-ın Senat komitəsində çıxış edən cənab Edelman Pakistanı problemin həllli üçün lazımi iş görməməkdə günahlandırıb. General-leytenant Daqlas Lut isə deyib ki, Taleban sərhədyanı qəbilə bölgələlərində özünə sığınacaq tapıb. Müdafiə rəsmiləri bildirilər ki, Pakistanın hərbi qüvvələri sərhəd bölgələrdə nəzarəti ələ almağa çalışsa da, həmin yerlərin tam nəzarəti xarici qüvvələrin əlindədir.