Britaniyanın müdafiə naziri parlamentin suallarını cavablandırıb

Böyük Britaniyanın müdafiə naziri Des Braun bu gün parlamentdə İran tərəfindən saxlanılan dənizçilərin başlarına gələnlər barədə məlumatın mətbuta satılmasına icazə verdiyinə görə sorğu-suala çəkilir. Müxalit mühafizəkarlar parlament və ordunun etimadını itirdiyi təqdirdə Des Braunun istefasını tələb edib. Britaniyanın daxili işlər naziri Con Rid dünən Braunun dənizçilərin əhvalatlarının satışından mənfəəət əldə edilməsi qərarının səhv olduğunu deməsini alqışlamışdı. Ötən cümə günü baş nazir Toni Bleyr bunun məsuliyyətini daşıyanların işdən kənar edilməsi çağırışlarını rədd etmişdi.