ABŞ-ın yüksək vəzifəli zabitləri NATO və Rusiya rəsmiləri ilə görüşür

Yüksək rütbəli ABŞ zabitləri bu gün Brüsseldə Avropada müdafiə raketlərinin yerləşdirilməsini müzakirə etmək məqsədilə NATO və Rusiya rəsmiləri ilə görüşürlər. ABŞ Raketdən Müdafiə Agentliyinin rəhbəri general Henri Oberinq ABŞ müdafiə nazirinin müavini Erik Edelmanla birgə danışıqlarda iştirak edir.

Varşavada danışıqlar ərəfəsində çıxış edən Edelman deyib ki, bu planla əməkdaşlıq etmək Rusiyanın marağındadır, belə ki, o, İran kimi qanundankənar ölkələrin raket mərmilərinin radiusundadır. Lakin Moskva Vaşinqtonun Polşa və Çex respublikalarında yerləşdirmək istədiyi müdafiə sistemini Rusiya təhlükəsiziliyinə zərbə kimi qiymətləndirir.

Birləşmiş Ştatların təqdim etdiyi layihəyə əsasən Polşada 10 raket qəbuledici və Çex respublikasında radar qurğuları yerləşdirilməsi nəzərdə tutulur.