Qırğızıstan müxalifəti aksiyalara ara verir

Qırğızıstanın siyasi müxalifəti 10 gün sürən mitinqlər polis tərəfindən dağıdıldıqdan sonra hökumət əleyhinə aksiyalara ara vermək qərarına gəlib.

Müxalifət liderlərindən biri Kubatbek Baybolov qərarı bu gün Bişkekdə mətbuat konfransında açıqlayıb.

Cümə axşamı polis prezident sarayı qarşısında toplaşmış müxalifətçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə etmişdi. Bəzi aksiya iştirakçıları polisə daşlar və plastik şüşələr atmışdı.

Daxili İşlər Nazirliyi 30 nəfərin həbs edildiyini bildirinb. Etiraz aksiyasının tələbi prezident Kurmanbek Bakiyevin istefası, konstitusiya islahatları və yeni seçkilərin keçirilməsi idi.