Türkiyə prezidentliyinə namizəd, xarici işlər naziri Abdulla Gül bu gün parlamentin lazımi səsi toplaya bilməməsindən sonra namizədlyiini geri götürdüyünü elan edib. Prezident seçilməsi üçün ona parlamentin üçdə iki hissəsinin səsi lazım idi. Xatrıladaq ki, Türkiyənin Konstitusiya Məhkəməsi keçən ay parlamentin səsverməsinin birinci raundunun nəticələrini ləğv etmişdi. Məhkəmə nəticələrin tanınması üçün kifayət qədər qanunvericinin səsvermədə iştirak etmədiyini əsas gətirmişdi. Türkiyədə yeni prezidentlə bağlı mübahisələr ölkədə kütləvi etirazlara yol açmışdır. Dünyəviçi türkləri Ədalət və İnkişaf partiyasının gizli islamçı gündəliyə malik olduğu narahat edir.