Vyetnam quş qripi ilə mübarizədədir

Vyetnam rəsmiləri ölkənin 4 vilayətində 2 minə yaxın ördəyin kütləvi şəkildə ölməsinə səbəb olan H5N1 virusunun aşkar edildiyini deyirlər. 6 minə yaxın ev quşunun yararsız olduğu bildirilir. Vyetnam virusun yayılmasına mane olma səyləri ilə fərqlənir. Belə ki, ölkədə zəhərli ev quşlarının məhvi, vaksinasiya və maariflədirmə proqramlarının tətbiqinə geniş yer verilir.