İraqın baş naziri hökumətinin nailiyyətlərinə qiymət verilmədiyini deyir

İraqın baş naziri Nuri Əl-Maliki ABŞ Konresindəki tənqidçilərinin onun hökumətinin nailiyyətlərinə qiymət vermədiyini deyib. Bu gün Bağddada müxbirlərlə söhbəti zamanı baş nazir bildirib ki, Vaşinqtonun tənqidləri İraqın sabitlsizliyinə çalışan insanları təşviq edir. Qeyd edək ki, Amerikanın prezidentliyə demokrat namizədi, Nyu-York senatoru Hillari Klinton və digər bir neçə qanunverici İraq parlamentini Malikinin əvəz edilməsinə çağırıb. İraq lideri isə Amerikanın bu tələbini tənqid edərək, İraq hökumətinin vətəndaş və təriqətlərarası müharibələrin qarşısının alınmasındakı roluna qiymət verilmədiyini deyib.