Rusiya polisi Politkovskayanın qətlilə əlaqədar keçmiş çeçen rəsmisini həbs edib

Rusiya polisi jurnalist Anna Politkovskayanın qətlilə əlaqədar keçmiş çeçen rəsmisini saxlayıb. Rusiyanın “Komsomolskaya Pravda” qəzeti bu gün Açkoy-Martan vilayətinin keçmiş rəhbəri Şamil Burayevin həbs edildiyi haqda xəbər verib. Qəzetin bildirdiyinə görə, Burayev qətlin təşkilində şübhəli bilinir. Anna Politkovskaya keçən il evinin qarşısında güllə il vurulub öldürülmüşdü.