Kaliforniyadakı yanğın minlərlə evin dağılmasına səbəb olub

ABŞ-ın Kaliforniya ştatında sürətlə yayılan yanğın mindən artıq evin dağılması, yüz minlərlə insanın evakuasiya edilməsinə səbəb olub. İndiyədək bir nəfərin həlak olduğu, onlarla insanın xəsarət aldığı bildirilir. Yanğın San Diyeqodan Meksika sərhədləri yaxınlığında yerləşən Malibuyadək 99 000 hektarlıq sahəni bürüyüb.

ABŞ prezidenti Corc Buş ştatın yeddi bölgəsində fövqəladə vəziyyət elan edib. Daxili təhlükəslzik naziri Maykl Çertoff bu gün fəlakət zonasına səfər etməlidir. Kaliforniya ştatının qubernatoru Arnold Şvartsnegger yanğınsöndürənlərə yardım məsqədi ilə 1500 Milli Qvardiya əsgərinin əməliyyatlara cəlb edilməsinə göstəriş verib.