ABŞ dövlət katibi Pakistandakı hadisələrə münasibət bildirib

ABŞ Dövlət Katibi Kondoliza Rays Pakistan prezidenti Pərviz Müşərrəfin fözqəladə vəziyyət elan etməsi səbəbilə ABŞ-ın ölkəyə ayırdığı iqtisadi yardımı yenidən nəzərdən keçirəcəyini deyib. Birləşmiş Ştatlar 2001-ci ildən bəri terrorla mübarizədə əsas müttəfiqlərindən olan rəsmi İslamabada 10 milyard dollardan çox pul verib. Xanım Rays Pakistanı təcili olaraq konstitusion qaydalara qayıtmağa çağırıb. Ancaq o, ABŞ-ın terrorla mübarizədə Müşərrəf hökumətilə əməkdaşlıq etmək istədiyini də bildirmişdi. Dünən ABŞ Dövlət Departamentinin sözçüsü Şon Mak Kormak bunun dərin narahatlıq yaratdığını demiş və Pakistanın təcili demokratiyaya qayıtmasına çağırıb.