Türkiyə prezidenti Abdulla Gül deyir ki, Türkiyənin Iraqın şimalındakı qiyamçı kürdlərə qarşı mübarizə aparmaq hüququ var. Cənab Gül türk hərbi qüvvələri sərhəd regionunda qiyamçılara ağır zərbə endirdikdən sonra Ankarada çıxış edib. Türk ordusu Cukurca qəsəbəsinin cənubunda 50-60 kürd qiyamçısını hədəfə aldığını bildirir. Kürd regional rəsmiləri türklərin sərhəddi keçmədiyini deyir və türk rəsmilərinin itkilərin sayı haqda dediklərini rədd edir. Türk ordusu bu gün Şırnak vilayətində 2 kürd qiyamçısını qətlə yetirdiyini xəbər verir.