İsrailin əməliyyatları iki nəfərin ölümü ilə nəticələnib

Fələstinli şahidlərin dediyinə görə, Qəzza Zolağının şimalında İsrail hərbi təyyarəsinin maşını hədəf alması iki nəfərin ölümü, üçünün isə yaralanmasına səbəb olub. İsrail hərbiçiləri bu hadisə ilə əlaqədar araşdırma aparıldığını bildirib. Bundan əvvəl İsrael rəsmiləri bildirmişdilər ki, ordu İsraili raket atəşlərinə məruz qoyan Həmas yaraqlılarına qarşı hərbi əməliyyatları davam etdirəcək. Rəsmilər Fələstin yaraqlılarının dünən İsrailin sərhəddəki Şderot yaşayış məntəqəsinə 40-dan çox raket atdıqlarını bildirirlər.

Digər xəbərdə isə bildirilir ki, bu gün İsrai özünün uzunmənzilli raketini müvəffəqiyyətlə sınaqdan keçirib. İsrailin Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, bu sınaq raket qurğularının yoxlanması məqsədi daşıyırdı.