ABŞ prezidenti Corc Buş Afrika ölkələrinə rəsmi səfərə başlayıb

ABŞ prezidenti Corc Buşun sözlərinə görə, Afrika qitəsində uğurlu hadisələrin önə cəkilməsi başqa xalqların nəyin mümkün olduğunu başa düşməsinə kömək edəcək. Cənab Buş bu sözləri bu gün Afrika qitəsinə səfərinin ilk dayanacağı olan Benin paytaxtı Katanuda söyləyib. Tanzaniyaya getməmişdən öncə Corc və Lora Buş Benin prezidenti Tomas Boni Yayi ilə qısamüddətli danışıqlar aparmaq üçün Katanuya gedib. Prezident Buş Afrikaya yeddi günlük səfəri çərəivəsində habelə Ruanda, Qana və Liberiyada olacaq.