Öldürülən tələbələrin Qüdsdə dəfn mərasimi keçirilib

İsrail Qüdsdəki ruhani seminariyasına həyata keçirilən hücumdan sonra İordan çayının qərb sahilindən gediş-gəlişə sabah axşam saatlarına qədər qadağa tətbiq edib. Bu gün Qüdsdə minlərlə insan öldürülən tələbələrin dəfn mərasiminə toplaşıb. Şahidlərin dediyinə görə, fələstinli şəxs seminariyaya daxil olaraq 8 tələbəni öldürüb, 35-ni isə yaralayıb. İsrail polisinin bildirdiyinə görə, hücumu təşkil edən şəxs hadisə yerində öldürülüb. Onun 25 yaşlı Şərqi Qüds sakini olduğu müəyyən edilib. Fəlsətinlilərin lideri Mahmud Abbas hücumu qınayıb.