ABŞ-ın Nyu York Tayms qəzetinin yazdığına görə, Türkiyə kürd üsyanşılarına dəstəyin azaldılması məqsədilə ölkənin əsas etibarilə kürdlərin yaşadığı cənub-şərq bölgələri üçün 12 milyard dollar məbləğində vəsait ayırmağı planlaşdırır. Qəzetə müsahibə verən Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan deyib ki, proqram orada yeni iş yerlərinin açılmasına və gənclərin fəaliyyəti qadağan olunmuş PKK-dan uzaqlaşdırılması məqsədlərinə sərf olunacaq. Cənab Ərdoğan bildirib ki, Türkiyə hökuməti kürdlərin uzun müddətdir tələb etdiyi dövlət televiziyasında kürd dilində kanal ayıracaq. Baş nazirə istinad edən Nyu-York Tayms yazıb ki, terrorizm əleyhinə mübarizə hərbi yolla yanaşı, sosial-iqtsadi və mədəni üsullarla da aparılmalıdır.