Yunan və Türk Kiprinin liderləri bölünmüş adada sülh danışıqlarını bərpa etmək haqda razılığa gəliblər. Kipr Prezidenti Demetris Kristofias və Türk Kiprinin lideri Mehmet Ali Talat Nikosiya şəhərindəki görüş zamanı 3 ay ərzində formal danışıqların başlanmasına qərar veriblər. BMT-nin Kiprdəki yüksək vəzifəli nümayəndəsi bildirir ki, tərəflər bölünmüş paytaxtda keçid açmaq haqda razılığa gəliblər. Onların dediyinə görə, Ledra küçəsi mümkün qədər tez bir zamanda açılmalıdır.