Belarus ABŞ səfirliyini vətəndaşlarını casus şəbəkəsinə cəlb etmək cəhdində ittiham edir

Belarusun Milli Təhlükəsizlik Komitəsinin sözçüsü Valeri Nadtaçayev ABŞ-ın həmin ölkədəki səfirliyini Belraus vətəndaşlarını casus şəbəkəsinə cəlb etməyə çalışdığında ittiham edib. Sözçü Amerikanın şəbəkəni genişləndirmək və onun həqiqi casus orqanı edilməsi cəhdlərinə mane olunduğunu bildirib. O, səfirliyin rəsmisi, təhlükəsizlik attaşesi Kört Finlini qrupun təşkilində ittiham edib. Bu itithamlar Belraus və ABŞ arasında gərginliklərin artdığı bir vaxt irəli sürülür. Ötən şənbə günü 10 diplomatın Belarusu tərk etmək göstərişindən sonra 11 diplomat o ölkədən çıxıb. Hazırda ABŞ-ın Minskdəki səfirliyində 4 diplomat qalır. Amerika Belarusun göstərişini ədalətsiz adlandırıb.