Əl-Qaidə lideri Əbu Əyyub əl-Məsrinin həbs edilməsi barədə xəbər təkzib edilib

Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələri Əl-Qaidə liderinin həbs edilməsi barədə xəbəri təkzib edib. İraq Daxili İşlər Nazirliyinin sözçüsü, general-mayor Əbdül Kərim Xələf dünən İraq televiziyası ilə çıxışında Mosulda keçirilən reyd zamanı Əbu Əyyub əl-Məsrinin ələ keçirildiyini demişdi. ABŞ hərbçiləri isə onun ələ keçirildiyi barədə xəbərləri təkzib edib.

Əbu Həmzə əl-Mühacir kimi də tanınan Əl-Məsri 2006-cı ildə ABŞ qüvvələri tərəfindən öldürülən Əl-Qaidənin İraqdakı lideri Əbu Müsab əl-Zərqavinin yerini tutmuşdu. Keçən il də İraq hərbi qüvvələri Əl-Məsrinin öldürüldüyü barədə xəbər yaymışdı. Lakin Əl-Qaidə bu xəbəri təkzib etmişdi.