Çində baş verən zəlzələ nəticəsində minlərlə insan həlak olub

Çin rəsmilərinin bildirdiyinə görə, cənub-qərbi Siçuan vilayətində şiddətli zəlzələ səbəbi ilə 8 500-dən çox insan həlak olub, 10 minlərlə adam xəsarət alıb. Tsinxua xəbər agentliyi 900-ə yaxın şagirdin iki ibtidai məktəbin dağıntıları altında qaldığını bildirir. Xəbərlərdə iki kimya zavodunun dağıldığı, yüzlərlə insanın dağıtılar altında qaldığı, minlərlə insanın evakuasiya edildiyi bildirilir.

ABŞ-ın Geoloji Aradırmalar Mərkəzinin bildirdiyinə görə zəlzələnin şiddəti Rixter şkalası ilə 7.8 bal olub. Çin prezidenti Hu Tsuntau zəlzələyə məruz qalmış bölgələrə yardım göstərilməsi üçün bütün səylərin səfərbər edilməsinə göstəriş verib.