Barak Obama və Con Makkeyn ispandillilərin səsləri uğrunda mübarizə aparır

ABŞ prezidentliyinə namizədlər Barak Obama və Con Makkeyn ispandillilərin səsləri uğrunda mübarizə aparır. Bu gün namizədlər Milli Latın Seçiciləri Assosiasiyasının Vaşiqntonda təşkil etdiyi illik konfransında çıxış edir. Qrupun veb səhifəsində bu qurumun 6000 seçilmiş üzv və ABŞ-dakı latino rəsmilərindən ibarət olduğu deyilir. Respublikaçı Makkeynlə, demokrat Obama arasında yarışlarda latın amerikalıların səsləri böyük əhəmiyyət kəsb edir. Dünən partiya daxilində birlik yaradılması cəhdlərinin nümayiş etdirlməsi məqsədi ilə Barak Obama sabiq rəqibi Hillari Klintonla Nyu Həmpşir ştatının Yuniti şəhərində birlikdə çıxış etmişdi.