Yaponiyada Səkkizlərin sammitinə etiraz edilir

Yüz mindən çox nümayişçi Tokyo küçələrinə çıxaraq gələn ay Səkkizlər qrupunun şimali Yaponiyada keçiriləcək sammitinə etiraz ediblər. Yerli media bildirir ki, bəzi etirazçılar polislə toqquşublar, və azı 1 adam həbs edilib. Bir çox nümayişçilər Böyük Səkkizləri ədalətsiz qərarlara görə tənqid ediblər. Gələn ay Toya gölü ətrafında keçiriləcək sammit üçün Yapon rəsmiləri ciddi təhlükəsizlik tədbirləri görüblər.