Raket sınağı İranın nüvə proqramı ilə bağlı gərginlik cərəyan etdiyi vaxta təsadüf edir. İranın dövlət televiziyası bildirib ki, sınaqdan keçirilən raketlər arasında 2 000 kilometr məsafə qət edə bilən Şahab-3 raketi də var. İran İnqilab Qvardiyasının yüksək rütbəli komandiri deyib ki, hərbi təlimlər İranın düşmənə cavab vermə qabiliyyətini nümayiş etdirir.
ABŞ sözçüsü Qordon Condro İranın ballistik raketlər inkişaf etdirməsini BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulması adlandırıb. Dünən İran ali dini rəhbərinin yardımçısı deyib ki, İranın nüvə obyektlərinə hücum olduğu təqdirdə Fars Körfəzindəki ABŞ və İsrail hərbi donanmaları alova bürünəcək.