Beş britaniyalını
girov götürdüyü ehtimal olunan yaraqlılar bu gün açıqladıqları videoda
əsirlərdən birindən intiharçı hücumunda istifadə olunduğu deyir. Böyük
Britaniya qəzeti “Sunday Times” bildirir ki, onların Bağdaddakı ofisinə şiə
yaraqlı qrupdan video lent daxil olub. Həmin videoda bildirilir ki, əsirlərdən
biri Britaniya hökumətini onların azad olunmasını ciddiyə almamaqda və
ləngitməkdə ittiham edərək may ayında
intiharçı hücumunu həyata keçirib. Britaniya baş naziri Qordon Braun
deyir ki, bu, çox kədərləndirici hadisədir. Qeyd edək ki, Böyük Britaniya
kompüter eksperti və onun 4 cangüdəni keçən ilin may ayında İraq Maliyyə
Nazirliyinin ofisinə gedən zaman oğurlanmışdılar.