ABŞ dövlət katibi Liviyaya səfər edəcəyini bildirib

ABŞ dövlət katibi Kondoliza Rays ölkələr arasında münasibətlərin normallaşmasından sonra Liviyaya səfər edəcəyini bildirib. Xanım Rays deyib ki, səfər gələn bir neçə ay ərzində baş tuta bilər. Dövlət katibinin bu açıqlması Amerika ilə Liviya rəsmilərinin Liviyanın hücumları nəticəsində ziyan çəkənlərə və Amerikanın bomba hücumlarının təsirinə məruz qalanlara kompensasiya ödənişi barədə razılıq imzalamalarından sonraya təsadüf edir. Burada 1988-ci il Pan Amerikan təyyarəsinin Lokerbi səmalarında və iki il əvvəl Berlinin gecə klubundakı partlayışların qurbanları, habelə 1986-cı ildə ABŞ-ın Tripoli və Benqazi şəhərlərindəki cavab hücumlarına məruz qalanlar nəzərdə tutulur.