ABŞ prezidentliyinə Demokrat namizəd Barak Obama və onun Respublikaçı rəqibi Con Makkeyn biri-birinin siyasi baxışlarını bir daha tənqid edib. Noyabr ayı seçkiləri öncəsi apardıqları kampaniyaları zamanı namziədlər təhsil planına görə biri digərini ciddi şəkildə tənqid atəşinə tutub. Ohayo ştatında Barak Obama deyib ki, Makkeyn Konqresdə çalışdığı 26 il ərizində Amerika Birləşmiş Ştatlrında tədris sisiteminin inkişafına dair hər bir planın əleyhinə çıxış edib. Makkeyn isə bu kimi proqramların vergi ödəyənlərə baha başa gəldiyini deyərək, Barak Obamanı bir milyard dollarlıq vəsaitin vətəni İllinoyza xərcləmək istədiyini bildirib.
Son rəy sorğualrına görə, Makkeynlə Obama demək olar ki, eyni dəstəyə malikdir. Obama-Bayden namizədliyinə 46, Makkeyn-Peylinə isə 45% seciçi dəstək verir.