İran prezidenti Mahmud Əhmədinejad bildirir ki, ölkəsinə qarşı
“silah tətiyinə uzanan əllər” İran ordusu tərəfindən sındııralacaq.
Prezident İranın qanuni maraqlarına ziyan vuran, ölkəsinə müdaxilə
etmək niyyətində olan hər bir qüvvəyə xəbərdarlıq verib. Bu
təhdidləri Mahmud Əhmədinejad televiya ilə canlı yayımlanan hərbi parad
zamanı edib. Cümə günü Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Çin və
Almaniya rəsmiləri Vaşinqton görüşü zamanı İrana qarşı yeni
sanksiyalar barədə konsensus əldə edə bilməmişdi. Moskva BMT-nin
İranın nüvə proqramına qarşı yeni ölçülərinin əleyhinə olduğunu bəyan
edib.