BMT Baş Asambleyasının bugünkü müzakirə mövzusu Afrikanın inkişaf ehtiyacları və problemləridir. BMT baş katibi Ban Ki Mun günün yüksək səviyyəli görüşlərini səciyyələndirən hesabatında deyilir ki, əvvəlki on illiklə müqayisədə Afrikanın iqtisadiyyatı sürətlə inkişaf edir, ancaq ümumilikdə qitə inkişaf standartlarından geri qalır.
ABŞ prezidenti Corc
Buş bu gün axşam saatlarında Nyu-Yorka yola düşür. O, sabah əsas debatlar
başlamamışdan öncə ABŞ prezidenti kimi BMT Baş Assambleyasında son müraciətini edəcək.