Bağdadda iki bomba partlayışı nəticəsində 28 nəfər həlak olub

İraq polisi Bağdadda iki bomba partlayışı nəticəsində 28 nəfərin həlak olduğunu və təxminən 70- nəfərin yaralandığını bildirib. Rəsmilər deyirlər ki, Bağdadın Əzəmiyyə məhəlləsində maşına yerləşdirilmiş bomba partlayışı intiharçı hücumundan sonra həyata keçirilib. Partlayışlar mağaza və restoranların yerləşdiyi izdihamlı küçədə baş verib. Həlak olanlar arasında qadın, uşaq və polis də var. Hələlik əməliyyatın məsuliyyətini heç kim üzərinə götürməyib. Dünən iki bomba partlayışı 7 nəfərin həlak olmasına və 20 nəfərin yaralanmasına bais olmuşdu.