Çində qanunsuz fişəng zavodunda partlayış

Çin dövlət mediasının məlumatına görə şərqi Çində qeyri-qanuni fişəng zavodunda baş verən partlayış nəticəsində 13 adam həlak olub.

Rəsmi Şinhua xəbər agentliyi bildirir ki, partlayış şənbə günü Şandonq vilayətinin Veyfanq şəhərində baş verib.

Rəsmilər partlayışın qeyri-leqal fişəng düzəltmə əməliyyatı zamanı baş verdiyini deyirlər.

Hökumət orqanları ilk öncə 3 nəfərin öldüyünü xəbər vermişdilər.

Lakin sonradan zavodda əlavə 10 adamın cəsədi aşkar edilib.

Çinin nəhəng fişəng sənayesi özünün qeyri-adekvat təhlükəsizlik standartları ilə tanınır.