İran mətbuatının məlumatına görə, keçən ilin iyun
ayında həbs edilən 2 İran həkimi dövlət çevrilişinə cəhddə şübhəli bilinir.
Tehran bir qədər əvvəl ABŞ-ın dəstəyi ilə İran İslam Respublikasında dövlət
çevrilişi hazırlandığını iddia etmişdi. Rəsmilər deyir ki, həkimlər Araş və
Kamyar Əlayinin regionda cevriliş yaratmağa çalışan ABŞ kəşfiyyat agentləri ilə
əlaqəsi olub. Həkim qardaşlar İranda HIV və QİÇS-ə qarşı mübarizə aparan ilk
həkimlərdir.