Anti-islam baxışlı radikal sağ qanadlı Holland
qanunverici qalmaqal doğuran “Fitnə” filmini Kapitolidə nümayiş etdirmək üçün
bu gün ABŞ-a gəlib. Respublikaçı senator
Con Kilin dəvətilə nümayiş etdiriləcək Qirt Vilderin 17 dəqiqəlik filmi Quranın
ayələri ilə terror hücumlarının videolarını yan-yana qoyur. Film yalnız
qanunvericilər və Konqresin heyət üzvlərinə göstəriləcək.