Əfqanıstan
prezidenti Həmid Karzai prezident seçkilərinin Müstəqil Seçki Komissiyasının
təyin etdiyi gündən 4 ay əvvəl keçirilməsinə çağırıb. Prezident Karzai bu gün Konstitusiyaya
müvafiq olaraq sərəncam imzalayıb. Əfqanıstan Konstitusiyasında deyilir ki,
prezidentin 5 illik səlahiyyət müddəti bitməmişdən 30-60 gün ərzində seçkilər
keçirilməlidir. Həmid Karzainin prezidentlik müddəti mayın 21-də sona çatır.
Keçən ay Müstəqil Seçki Komissiyası bəyan etmişdi ki, əlavə ABŞ qüvvələrinin
yerləşdirilməsi səbəbilə seçkilər avqustun 20-dək təxirə salınır. Komissiya
habelə texniki məsələlər üzərində işləmək ehtiyacını və seçkilərin sərt qış
aylarında keçirilməməsini səbəb göstərmişdi. Müxalifət isə təkid edir ki,
prezident Karzai səlahiyyət müddəti bitən kimi postunu təhvil verməlidir.