ABŞ dərman istehsalçıları
Merck və Schering- Plough 41 milyard dollar həcmində olan razılaşmada
birləşəcəklərini elan ediblər.
Schering-Plough-nun səhmdarları hər səhmə görə $10.50 alıb. Həmin bu qiymət cümə günü birjanın qapandığı
vaxt müəyyən edilən səhm qiymətlərinə əsaslanır. Nyu Cersi ştatında yerləşən iki şirkət
bildirir ki, birləşmiş korporasiyaya Merck-in ali icraçısı Riçard Klark
rəhbərlik edəcək. İki şirkət artıq
xolesterolla bağlı birgə layihə üzərində işləyirlər. Birləşməni elan edən bəyannamədə deyilir ki,
bu sövdələşmə beynəlxalq bazarlarda nüfuzun genişlənməsinə və daha güclü araşdırma
imkanlarına şərait yaradacaq.