İstanbulda Dünya Su Forumu keçirilir

150-dən çox dövlətin nümayəndəsi 5-ci Dünya Su Forumu çərçivəsində qlobal su təhlükəsizliyi strategiyasını müəyyən etmək üçün İstanbula toplaşıb. Bu gün açılan forum suyun idarə, təchizat və mühavizə yollarının tapılmasını nəzərdə tutur. Tədbiri təşkil edən Dünya Su Şurası həddən artıq çox insanın hələ də içməli susuz qaldığını bildirib. BMT xəbərdarlıq edir ki, su çatışmazlığı münaqişəyə səbəb ola bilər. Bir həftə davam edəcək konfransa siyasətçilər, biznesmenlər, fəallar, alimlər və başqa ekspertlər qatılır.