Hu Tsuntau ilə Barak Obama görüşü dərin əməkdaşlığa təməl adlandırılır

Çinin dövlət mətbuatı yazır ki, president Hu Tsuntau ilə ABŞ prezidenti Barak Obama görüşü iki ölkə arasında daha geniş əməkdaşlığa təməl adlandırılıb. Tsinxua xəbər agentliyinin yazdığına görə, beynəlxalq maliyyə böhranı dərinləşdiyi vaxt Çinlə Amerikanın əməkdaşlığına ehtiyac da artır.

Kommunist partiyasının orqanı olan People’s Daily qəzeti London görüşü zamanı prezident Hunun Barak Obamaya iki ölkənin də çətin yol ayrıcında olduğunu və inkişaf üçün mühüm bir imkanla üzləşdiyini dediyi yazılıb.

Barak Obama ilin ikinci yarısında Çinə səfəri ilə bağlı Hu Tsuntaunun dəvətini qəbul edib. Görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, enerji, iqlim dəyişikliyi, terrorizmlə mübarizə, təhsil və səhiyyə də daxil edilməklə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.