Şimali Koreya bildirir ki, ölkə silah dərəcəli
plutonium istehsal etmək üçün fəaliyyətlərini bərpa edib. Şimala məxsus rəsmi Koreya Mərkəzi Xəbər
Agentliyinin bildirdiyinə görə, bu addım özünü-müdafiə qabiliyyətini
artıra bilər. Bu, habelə, düşmən qüvvələrin
artan təhdidlərin öhdəsindən gəlməkdə kömək edəcək. Rəsmi qəzət yazıb ki, ABŞ
və ya onun müttəfiqlərinin Şimalın bir qarış torpağına toxunacağı təqdirdə misli
görünməmiş hücum həyata keçirməyə söz verib. İraq paytaxtı Bağdadda danışan ABŞ
dövlət katibi Hillari Klinton isə Şimali Koreyanı nüvə danışıqlarını bərpa
etməyə çağırıb.