Yerevanda tanınmış jurnalisti döyüblər

Polis deyir ki, naməlum şəxslər Ermənistanın məşhur televiziya jurnalistini paytaxt Yerevanda döyüblər. Bu hadisə ölkədə jurnalistlərə qarşı hücumların artdığı vaxta təsadüf edir. Polisin bildirdiyinə görə, 2 naməlum şəxs “Şant” adlı özəl telekanalın aparıcısı Nver Mnatsakanyana hücum edib. Bəyanatda deyilir ki, hücumçular hücumu həyata keçirəndən sonra qaçıblar. Jurnalist xəstəxanaya çatdırılıb.