Türkiyədə banka silahlı basqın olub


Türkiyə rəsmiləri xəbər verir ki, 2 maskalı şəxs ölkənin qərbində bank qarəti zəminində ən azı 10 nəfəri girov saxlayırlar. Silahlı şəxslər Kuşadası qəsəbəsində banka hücum ediblər. Aydın vilayətinin vali müavini deyir ki, hüquq-mühafizə orqanları bank mühasirəyə alaraq quldurlarla danışıqlar aparırlar. Hələlik silahlı şəxslər bir qadını azad ediblər. Lakin girovların dəqiq sayı bilinmir.