Bursada xəstəxanada baş verən yanğında 8 xəstə ölüb

Türkiyənin şimal qərb əyalətinin qubernatoru deyir ki, bu gün xəstəxanada baş verən yanğın zamanı 8 xəstə həyatını itirib.

Bursa qubernatoru Sahabəddin Harputlu dünyasını dəyişmiş 8 nəfərin Şevket Yılmaz xəstəxanasının reanimasiya şöbəsində müalicə edildiyini bildirib.

O deyib ki, yanğına səbəb elektrik naqilindəki qısaqapanma olub.

Harputlu bildirib ki, 3 qadın və 5 kişinin ölümünə yanğın tüstüsü və ya reanimasiya paratlarının sönməsinin səbəb olduğu aydın deyil.

Xilasetmə işçiləri 44 xəstəni evakuasiya ediblər.

Qubernatorun dediyinə görə, həmin xəstələr artıq başqa xəstəxanalara yerləşdirib.