Ayətulla Xamenei Musəviyə müraciət edib

İranın dövlət televiziyası xəbər verir ki, ali dini rəhbər Ayətulla Əli Xamenei məğlub olmuş namizəd Mir Hüseyn Musəviyə öz şikayətini qanuni kanallar vasitəsilə çatdırmağı tövsiyə edib. Bu xəbər Prezident Mahmud Əhmədinejadın cümə günü seçkilərində əksər səsləri alması haqda rəsmilərin açıqladığı bəyanatdan sonra Tehranda cərəyan edən zorakılıqlar fonunda daxil olub. Prezident Əhmədinejad deyib ki, səsvermə azad və ədalətli olub. Musəvi tərəfdarları Əhmədniejadın qələbəsinin saxtakarlıq olduğunu deyərək iri nümayişlər keçirirlər. Bu arada diplomatik mənbələr cənab Əhmədinejadın sammitdə iştirak etmək üçün Moskvaya getməyəcəyini bildirir.