Birləşmiş Ştatlar mətbuatı İranda keçirilən seçkilər və səsvermənin ardınca ölkədə cərəyan edən siyasi təlatümə geniş yer ayırıb. New York Times, Washington Post və başqa aparıcı qəzetlərin baş məqalələrində İranda baş verənlərə reaksiyalar ifadə olunur. Konsensus ondan ibarətdir ki, səsvermə beynəlxalq azadlıq və ədalət standartlarına uyğun gəlməyib. Prezidentliyə namizədləri arbitrar şəkildə müəyyən edən İslamçı rejim seçki nəticələrini əhəmiyyətli şəkildə dəyişməkdə şübhəli bilinir. Belə ki, səslərin sayılmasında beynəlxalq və ya yerli müşahidəçilər iştirak etməyiblər.
Amerikanın Yaxın Şərq üzrə tanınmış eksperti Huan Koul öz təhlilində İran seçkilərinin saxtalaşdırılmasını bir sıra müddəalarla əsaslandırır ki, onların sırasında etnik faktor başlıca yer alır. Cənab Koul yazır: “İddia olunur ki, Əhmədinejad Təbrizdə 57 faiz səs toplayıb. Onun əsas rəqibi Mir Hüseyn Musəvi paytaxtı Təbriz olan Azərbaycan vilayətindən olan Azəridir. Mövcud rəy sorğularına və dolaşan xəbərlərə əsasən Musəvi şəhərlərdə və Azərbaycanda populyardır. Odur ki, Azərbaycanda yerləşən urban mərkəzin Əhmədinejada bu qədər çoxluqla səs verməsi məntiqə sığmır. Keçmiş seçkilərdə Azərilər həttə az tanınan prezidentliyə namizəd həmyerlilərinə də böyük çoxluqla səs veriblər.”
Time məcmuəsindəki “İranın azlıqları Əhmədinejadın devrilməsinə yardım edə bilərmi?” başlıqlı yazıda Musəvinin seçki kampaniyası dönəmində Təbrizə səfəri təsvir olunur. Müəllif yazır: “Kənardan baxana “Azərbaycan oyaqdır, öz oğluna dayaqdır!” şüarı anlaşılmaz görünə bilər. Belə ki, Musəvi Azərbaycanda deyil, İranda prezidentliyə namizəddir. Lakin Musəviyə Şərqi Azərbaycanda göstərilən entusiazm onun nəyə görə Mahmud Əhmədienjada əsas rəqib olduğunun göstəricisidir.” Yazıda qeyd olunur ki, seçki kampaniyası dönəmində Musəvi mərkəzi hökumətin etnik azlıqlarla rəftarını kəskin tənqid edərək mədəni hüquqlara geniş yer ayıracağını vəd edib. Təbrizdə 30 minlik Azəri izdiham qarşısında doğma dilində çıxış edən Musəvi bəyan etdi: “Azərbaycan həmişə diktatorlara qarşı çıxıb. Azərbaycanın cəsur oğulları İranın taleyini dəyişiblər.” Time yazır ki, Azərilər İranın ən çox inteqrasiya olunmuş və nüfuzlu azlığıdır. İslam Respublikasında kürd və ya ərəbin yüksək post tutması nadir olduğu halda hazırkı rejimin bir çox aparıcı fiqurları, Ayətulla Əli Xamenei daxil olmaqla, Azərilərdir. Xamenei öz adını Təbrizin şimal qərbində 5 min sakini olan doğma Xaminə qəsəbəsindən götürüb ki, Mir Hüseyn Musəvi də bu yurdun oğludur. Musəvinin qohumu 82 yaşlı Məcid Motameni Time məcmuəsinə hətta Musəvinin Xamenei ilə qohum olduğunu bildirib. Onun sözlərinə görə Musəvi Xameneinin bibisinin nəvəsidir.
Əlbəttə Qərb mətbuatında heç də hamı Musəvi kampaniyasının iddiaları ilə razılaşmır Ken Bollen və Patrik Doherti Washington Post qəzetindəki yazıda səsvermənin onların bir müddət öncə İranda apardığı rəy sorğularının nəticələrini əks etdirdiyini deyir. Mayın 11-i ilə 20-si arasında qeyri-hökumət təşkilatı tərəfindən aparılmış rəy sorğusuna görə Əhmədinejad 2:1 nisbətində Musəvini üstələyirdi. Müəlliflərin təsvirinə görə sorğunu aparan ABC News və BBC üçün işləmiş təşkilat vaxtikən Emmy mükafatı alıb. “Əhmədinejada verilən dəstəyin genişliyi bizim seçkiqabağı rəy sorğumuzda öz əksini tapmışdı. Kampaniya zamanı Musəvi İranda ikinci ən böyük etnik azlıq olan Azəri mənsubiyyətini vurğulayırdı. Lakin bizim sorğu göstərdi ki, Azərilər də 2:1 nisbətində Əhmədinejadı Musəvidən üstün tutur.”
National Review məcmuəsinə müsahibə verən Yaxın Şərq üzrə ekspert Maykl Rubin bəzi Qərb müşahidəçilərin İranla bağlı bəsit təhlil yürütdüyünü söyləyir. “İslam Respublikası demokratiya deyil və heç zaman demokratiya olmayıb. Burada seçki keçirilir, amma yalnız səfeh adamlar və Riçard Armitac ayətulla rejimini demokratiya adlandırır. Burada seçki saxtakarlığının tarixi uzundur. 2005-ci ildə Tehran meri Mahmud Əhmədinejadın kifayət qədər səs toplayaraq ikinci raunda keçməsi rejimin nəticələrə müdaxiləsi nəticəsində baş verdi.” Rubinin sözlərinə görə İranda seçkilərin həqiqi nəticələri heç vaxt bilinməyəcək. Belə ki, İranın statistikası adətən saxta olur, ələlxüsus da seçki iştirakına gəldikdə. Rubin habelə ABŞ seçkiləri ilə İrandakı səsvermə arasında müqayisə aparanlara xəbərdarlıq edərək bu növ analogyanın büsbütün yanlış olduğunu önə çəkir. “İslam Respublikası ABŞ deyil. Biz burada namizədlərin 99 faizini prosesdən kənarlaşdırmırıq. Bizdə ali dini rəhbər yoxdur. Bizdə səsverməyə müdaxilə edən İnqilab Keşikçiləri də mövcud deyil.” Rubin sonda öz narahatlığını ifadə edir ki, İranda İslamçıların hakimiyyətə davamlı nəzarəti İsraillə toqquşmanı qaçılmaz edə bilər.