Amerikalı jurnalistlər Şimali Koreyaya qeyri-qanuni şəkildə daxil olduqlarını etiraf ediblər

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, ötən həftə 12 il müddətinə azadlıqdan məhrum edilən iki amerikalı jurnalist ölkəyə qeyri-qanuni şəkildə daxil olduqlarını etiraf ediblər. Euna Li və Laura Ling mart ayında Çinlə Şimali Koreya arasındakı sərhədyanı bölgədə qaçqınlar haqda məlumat hazırlayarkən həbs edilmişdi.

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, jurnalistlər sərhədləri siyasi motivlərə əsaslanaraq keçdiklərini və bunun Şimali Koreyanın insan hüquqları vəziyyətinin ifşa edilməsi kampaniyasının bir hissəsi olduğunu qəbul ediblər.