Air France qəza qurbanlarının ailələrinə təzminat ödəyəcək

Air France mayın 31-də Atlantik Okeanı üzərində qəzaya uğramış Rio de Janeyrodan Parisə üçan reysin sərnişinlərinin ailəsinə ilkin olaraq 24,000 dollar ödəyəcək. Air France-in prezidenti Filip Qurjon Fransanın RTL radiosuna bildirib ki, sığorta vəkilləri ödənişləri həyata keçirmək üçün ailələrlə danışıqlar aparırlar. Qurjon söyləyib ki, 228 qəza qurbanları üçün xatirə mərasimi planlaşdırılır. Hələlik xilas-yardım komandaları 50 cəsəd aşkar ediblər. Müstəntiqlər qəzanın səbəblərini tam müəyyən etməyiblər və hələ də qara qutunu axtarırlar.