İnquşetiyada yaraqlılar çeçen polislərini atəşə tutub

Rusiyanın İnquşetiya respublikasında bu gün 9 çeçen polisi yolkənarı pusquya salınaraq, öldürülüb.

İnquş rəsmilərinin dediyinə görə, polislər konvoyda gedərkən qiyamçılar tərəfindən qranat və avtomatlardan atəşə tutulublar.

Hadisə nəticəsində konvoyda olan digər 9 polis isə yaralanıb.

Çeçen polisi İnquşetiyada Kremlin xahişi ilə İslamçı silahlılara qarşı birgə əməliyyatda iştrak edirdi.

Çeçenistan lideri Ramzan Kadırov bugünkü hücumda məsuliyyət daşıyan yaraqlıların ağır şəkilcə cəzalandırılacağını vəd edib.