Rusiyanın sualtı qayıqları ABŞ sahillərində müşahidə edilib

Rusiya hərbi rəsmiləri deyir ki, Birləşmiş Ştatların şərq sahilində 2 rus sualtı qayığı aşkar edilib. Rəsmilər deyir ki, bu patrullar normal praktikadır və ABŞ sualtı qayıqları da rus sahillərində patrul çəkirlər. ABŞ müdafiə rəsmiləri deyir ki, 2 nüvə enerjisi ilə işləyən sualtı qayıq sahildən 320 kilometr uzaqda beynəlxalq sularda müşahidə edilib. ABŞ Şimal Komandanlığının bəyanatında sualtı qayıqların artıq bir neçə gündür ki, izlənildiyi bildirilir.