Pakistandan Hindistana keçən yaraqlıların sayı artır

Hindistan hərbi rəsmiləri deyir ki, onlar Hindistanın nəzarətində Kəşmirin de-fakto tanınmış sərhədləri boyunca Pakistandan Hiddistana daxil olmaq istəyən yaraqlılarının artdığını müşahidə edirlər. Rəsmilərin bildirdiyinə görə, ötən həftə ərzində Hindistan qoşunları ən azı 6 reyd keçirib və qarşıdurmalar zamanı 20-dən çox yaraqlı öldürülüb. Hüquq-Mühafizə orqanları dünənki reyd zamanı azı 6 yaraqlınnın həlak olduğunu deyir. Bir gün öncə isə başqa bir döyüşdə 2 Hindistan əsgəri dünyasını dəyişib. Rəsmilər deyir ki, yaraqlıların Hindistan Kəşmirindən sərhədi keçmək səyləri adətən yay aylarında artır, çünki qışda qar örtüyünün Himalay dağlarında maneələr yaratması keçidi çətinləşdirir