İran
rəsmiləri deyir ki, müqəddəs Ramazan bayramı ərzində İrandan Səudiyyə
Ərəbistanına bütün təyyarə reysləri ləğv olunacaq. Bu addim donuz qripi kimi
tanınan H1N1 virusunun yayılmasını azaltmaq məqsədi daşıyır. İranın
açıqlamasına görə, İrandan Səudiyyə Ərəbistanına uçan sonuncu təyyarə bazar
ertəsi havaya qalxacaq. Rəsmilər habelə bildirib ki, hazırda Səudiyyədə olan
iranlı zəvvarlar Ramazan ayı başlamamış geri qayıdacaqlar. Ramazanın
başlamasına iki həftədən az vaxt qalıb. Keçən həftə İran donuz qripu səbəbilə
öz vətəndaşlarının Ramazan ayı ərzində Səudiyyə Ərəbistanına ziyarət etməsinə
qadağa qoymuşdu. İran hökuməti deyir ki, hazırda ölkədə donuz qripinə yoluxmuş
144 nəfər var və onların yarısı Səudiyyə Ərəbistanına səfər edəndən sonra
xəstələnib.