Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu rəsmi səfərlə İraqdadır

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu İraqla ticarət və təhlükəsizlik məsələləri barədə danışıqlar aparmaq məqsədi ilə bu gün Bağdada gedib. Cənab Davutoğlunu aeroportda İraqın xarici işlər naziri Hoşyar Zebari qarşılayıb. Türkiyəni tərk etməzdən əvvəl müxbirlərlə söhbəti zamanı cənab Davutoğlu İraqın baş naziri Nuri Əl-Maliki ilə görüşəcəyini deyib. O, İraqla birgə ticarət əlaqələrinin möhkəmləndirilməsi sahəsində Türkiyənin silsilə təkliflər paketi hazırladığını bildirib. Xatırladaq ki, 2003-cü ildə Birləşmiş Ştatların Səddam Hüseyni devirməsindən əvvəl Türkiyənin İraqla sıx iqtisadi əlaqələri var idi.