Gürcüstan Türkiyə tankerinin kapitanını azad etdi

Gürcüstannın Kutaisi şəhər məhkəməsi ələ keçirilən türk tankerinin kapitanının azad edilməsinə dair hökm çıxarıb. Abxaziya regionunda iqtisadi embarqoya riayət edilməməsi ittahamı ilə nəzarət altına alınan Mehmet Öztürk 18000 dollar cəza ödəməklə azadlığa buraxılıb.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu onun qanuni prosedurlardan sonra azad ediləcəyini bəyan etmişdi. O, bu açıqlamanı Tbilisdə Gürcüstan prezidenti Mixail saakaşvili ilə görüşdən sonra vermişdi.

Mehmet Öztürk keçən həftə Gürcüstan məhkəməsi tərəfindən qanunsuz yanacaq daşımaq ittihamı ilə 24 il müddətinə azadlıqdan məhrum edilmişdi.