Çin dövlət mediası
xəbər verir ki, Şimali Koreya lideri Kim Conq İl ölkəsiin nüvə proqramını
ikitərəfli və çoxtərəfli danışıqlarda müzakirə etməyə hazırdır. Çinin rəsmi Şinhua xəbər agentliyi bildirir
ki, Kim səfərdə olan Çin Dövlət Müşaviri Day Binquoya bildirib ki, Pxenyan Koreya
yarımadasının nüvəsizləşdirilməsi yönümündə çalışacaq. Şimali Koreya lideri Kim elçiyə bildirib ki,
onun ölkəsi qarşıda olan problemləri həll etmək əzmindədir. Day bu həftə Çin prezidenti Hu Cintaonun xüsusu
elçisi qismində Şimali Koreyaya səfər edib.
Çin Şimali Koreyanın başlıca müttəfiqidir və 2003-cü ildə Şimalın nüvə
proqramı üzrə altıtərəfli danışıqlara ev sahibliyi edib.